Sərnişin qatarı yük qatarı ilə toqquşdu - 41 yaralı

6 Dekabr 2017 10:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gecə Almaniyanın Mirbusk şəhəri yaxınlığında içərisində 155 nəfərin olduğu sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 3-ü ağır olmaqla 41 nəfər yaralanıb.

Qəzadan dərhal sonra hadisə yerinə 3 ambulans vertolyot, xeyli sayda təcili tibbi yardım avtomobili, yanğınsöndürən və polislər cəlb edilib.