Dəm qazından zəhərləndi

6 Dekabr 2017 10:30 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Mustafayeva Ziyafət Asif qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

Qadın təcili Tovuz rayon Xəstəxanasına yerləşdirilib.

AzNews.az