AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində beş nəfər həyatını itirib. Meksika sərhədinə yaxın El Karmen Frontera bölgəsində baş verən faciənin qurbanları 17 - 24 yaş arasındadır. Onlardan biri qadındır.
Bildirilir ki, gənclərdən biri ana elektrik xəttinə toxunduğundan elektrik cərəyanı metal gövdəli ağaca yayılıb. Digər gənclər də cərəyandan qurtula bilməyiblər.