Güləşçilərimiz 3 qızıl medal qazanıblar

6 Dekabr 2017 11:50 (UTC+04:00)

Azərbaycan Güləş Federasiyasından AzNews.az-a verilən məlumata görə, Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, yarışda Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanları iştirak ediblər.