Röyadan sərt cavab - “İradə xala kimilərin... ”

6 Dekabr 2017 13:37 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, Röya sənətçinin dediklərinə əhəmiyyət vermədiyini söyləyib. O bildirib ki, hazırda başı bahalı paltarının xarab olmasına qarışıb:

“Məni İradə xala kimilərin “quşları” yox, sevdiyim paltarlar maraqlandırır”.

Qeyd edək ki, İbrahimova “ATV maqazin onlarla” verilişində Röyanın qardaş ölkədə havayı pullar xərclədiyini demişdi:

“Mənə elə gəlir ki, yeniliklərini ora üçün etmir. Türkiyə üçün edirsə, boşuna. Heyif o pullardan, əziyyətdən. Orada "Sizdə Röya var, filan mahnısını eşitdim" deyən, görmədim. Təəssüf... Cəhd etməsin, gərək yoxdur. Oradakılar ora bəsdir. Sən oranın starı ola bilməzsən. Oranın Demet Akalını gəlib burada "xalq artisti" ola bilməz. Eləcə də buradakı müğənnini orada kimsə oturub saatlarla dinləməz”.