Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı qayda dəyişdi

6 Dekabr 2017 15:55 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.