Gömrükdə GMO məhsullar aşkarlandı

6 Dekabr 2017 16:20 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, bu fakt idarə əməkdaşlarının "Lesitin Soyevıy" adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından 90 RO 897/10 ZE 332 nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Rusarom" MMC-nin ünvanına daxil olub.

Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, cəmi 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.