ABŞ-da güclü yanğın: 150 min nəfər təxliyyə edildi

6 Dekabr 2017 16:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Los Ancelesin şimalındakı Ventura qəsəbəsində yeləşən Santa Paula bölgəsi ətrafında bazar ertəsi axşam saatlarında başlayan yanğın güclü küləklərin təsirilə ətraf bölgələrə yayılıb.

Los Anceles ətrafında 200 ev və bina yanıb, təxminən 150 min insan təxliyyə edilib.