Bakıda mənzildə kişi meyiti tapılıb

6 Dekabr 2017 20:20 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.