Suriya İŞİD-dən tam azad edilib

6 Dekabr 2017 21:07 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Qerasimov bəyan edib.

“İŞİD-ın Suriyada bütün dəstələri məhv edilib, ölkə ərazisi terrorçulardan təmizlənib. Müdafiə naziri Sergey Şoyqu bu axşam prezident Vladimir Putini bu barədə məlumatlandırıb”, deyə V.Qerasimov bildirib.