Vyanada Məmmədyarovla Nalbəndyanın görüşü başa çatıb - Yenilənib

6 Dekabr 2017 23:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "twitter" səhifəsində yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.

***

Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunur.

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edir.

Qeyd edək ki, hər iki nazir ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.