Bir evdə yolka bəzəmək neçəyə başa gələcək? - Video

6 Dekabr 2017 21:37 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Yeni ilin gəlməsiylə əlaqədar olaraq yolkalar satışa çıxarılıb. İnsanlar dekabr ayın ilk günlərindən alış-verişə başlayıblar.

Satışda hər zövqə uyğun müxtəlif ölçülü yolkalar var. Yolkanın qiyməti ölçüsündən və həcmindən asılı olaraq dəyişir.

Bu il fərqli görnüşlü yolkalar daha çoxdur. Eyni ölçülü sadə yolkalarla müqayisə etdikdə isə qiymətləri daha bahadır.

Yolkanı Şüvəlan, Mərdəkan kimi Bakı ətrafı qəsəbələrdən daha ucuza əldə etmək olar. Belə ki, 2 metr hündürlüyündəki yolka bakının mərkəzində 150 manatdan baha olduğu halda, burda 30-35 manata satılır.

Qeyd edək ki, Bakıətrafı qəsəbələrdə yolka üçün istehsal olunan oyuncaqların satış qiyməti də şəhərə nisbətən ucuzdur.