Türkiyə Trampın Qüdsə dair qərarını "məsuliyyətsiz" adlandırıb

6 Dekabr 2017 22:32 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” səhifəsində yazıb.

“Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”, M.Çavuşoğlu qeyd edib.