Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina etdi

7 Dekabr 2017 00:00 (UTC+04:00)

AzNews.az RİA "Novosti-yə istinadən xəbər verir ki, bunu Fələstin dövlətinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib.

"Bu andan etibarən, biz fələstinlilər olaraq, sülh prosesinin irəliləməsi işində ABŞ-ın vasitəçilik missiyasından imtina edirik. Yeni dövr başlayır, biz ABŞ-ın bu mövqeyini tamamilə rədd edirik və hüquqlarımıza riayət olunmasına nail olmaq niyyətindəyik", — deyə o bildirib.