47 yaşlı kişi özünü asdı

7 Dekabr 2017 10:15 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə şəhərin "Yaşıl Dərə Bağlar" yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan, 1970-ci il təvəllüdlü Hüseynov Arif Mustafa oğlu yarımçıq tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az