Azərbaycanda dəhşət: arvadını və 4 qızını öldürüb basdırdı - “Türkiyəyə gediblər” dedi...

7 Dekabr 2017 10:41 (UTC+04:00)

Bu barədə AzNews.az-a sözü gedən rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, Fərhad Əliyev ailəsini küt alətlə öldürərək evin zirzəmisində basdırıb:

“Hazırda Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidin cəsədləri çıxırılıb və ekspertizaya göndərilib. Hadisəni hüquq-mühafizə orqanlarına Fərhad Əliyevin oğlu Fəqan Əliyev etiraf edib. O, efirdə ailəsinin ünvanına səslənən fikirlərlə barışa bilmədiyi üçün təslim olub”.

Qeyd edək ki, 2014-cü ildə Salyan rayonunda baş verən dəhşətli cinayətin üstü açılıb. “Zavod” məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Əliyev həmin vaxt qadının qızlarını götürərək Türkiyəyə getdiyini bildirib. Amma dekabrın 6-da onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Bahar RÜSTƏMLİ
AzNews.az