AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, qəza Vanadzor-Dilcan avtomagistralında baş verib.
"Ford" maşın elektrik dirəyinə dəyərək kəndlərdəki həyətlərdən birinə düşüb.
Sürücü və sərnişin ağır bədən xəsarətləri ilə hərbi hospitala çatdırılıb. Sərnişinin vəziyyəti daha ağırdır.
***
Son məlumata görə, xəsarət alan sürücü Vanadzor hərbi komissarlığında isləyir, yaralı sərnişin isə hərbi hissələrdən birində şöbə rəisidir.
Onlar Vanadzor hərbi hospitalına təxliyyə edilib.
Sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyətinin isə ağırdır.