20 yaşlı qız dəm qazından zəhərləndi

8 Dekabr 2017 10:00 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-I saat 23 radələrində baş verib.

Səbail rayonu, 20-ci yaşayış sahəsində yaşayan 1997-ci il təvəllüdlü Vüsalə Abbasova mənzildə dəm qazından zəhərlənib.

O, Toksikologiya Mərkəzinə aparılıb,yardım göstərildikdən sonra evə aparılıb, vəziyyəti normaldır.