Cümə namazının ardınca Qüdsdə etirazlar başladı - Foto

8 Dekabr 2017 15:33 (UTC+04:00)

Qüdsdə yerləşən Əl-Əksə məscidində qılınan cümə namazının ardından ABŞ prezidenti Donald Trampa etirazını bildirən minlərlə mömin Şam qapısı adlanan meydana toplaşıb. AzNews.az "РИА Новости"-yə istinadən xəbər verir ki, dini ayinin ardınca meydana toplaşan etirazçılardan biri məscidin qapısına üzərində " Sizi müsəlman ordusuna qoşulmağa çağırırıq. Qüds-Xlafətin paytaxtıdır" yazılmış bayraq asıb.

Etirazçılar aksiyada Fələstin bayraqlarını qaldırıb və nümayişləri davam etdirəcəklərini bildiriblər. Məscidin imamı da bu aksiyanı "qəzəb günü"nün başlanğıcı olduğunu deyib. Dünyanın hər yerindən İsrailə etiraz edildiyini bildirən imam Qüdsün müsəlmanların şəhəri olduğunu bildirib.