Evdə kondisioner partladı - Yaralılar var

8 Dekabr 2017 17:45 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb. Röyal Qəhrəmanova məxsus evdə kondisionerdə qısaqapanmadan ani partlayış baş verib. Nəticədə ev sahibi və həmin vaxt evdə olan Rəşad Əsgərzadə yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az