Azərbaycanın Litvadakı, Xorvatiyadakı, Tacikistandakı səfirləri geri çağırılıb

8 Dekabr 2017 18:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Azərbaycanın Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kamil Tacid oğlu Xasiyevin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalanıb.

***

Abbasəli Həsənov Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.