Tovuzda orta məktəbdə yanğın olub

8 Dekabr 2017 21:46 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.

Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 19:56-da yanğın bölmələri tərəfindən söndürülüb.