Bakıda gənc qadın əri tərəfindən bıçaqlanıb

9 Dekabr 2017 09:05 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Pirşağı qəsəbəsində yerləşən 2 saylı "Zeytun sovxozu" ərazisində yaşayan 1992-ci il təvəllüdlü Ağakişiyeva Xanım Əli qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə X.Ağakişiyeva kürək nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az