Gəncədə 20 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub

9 Dekabr 2017 12:02 (UTC+04:00)

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində şəhər sakini Vicay Cəmşidzadə qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı könüllü olaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 20 yaşlı V. Cəmşidzadə dekabrın 8-də qətlə yetirilib.