Gömrükdə əməliyyat

9 Dekabr 2017 12:16 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama nəticəsində, avtomobilin qapılarının içərisindən “Cock Crowing At Dawn” adlı 27 min ədəd pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.