Saakaşvili Azərbaycana şəxsi maşını ilə gəldi-VİDEO

27 Fevral 2013 14:10 (UTC+04:00)



Bu gün rəsmi səfərlə Azərbaycana gələn Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis Beynəlxalq Hava Limanına mühafizəsiz və şəxsi avtomobilində gəlib.

Ötən gün şəxsi Xüsusi Dövlət Mühafizə Xidmətindən imtina etdiyini açıqlayan Saakaşvili bugünkü Azərbaycan səfərinə həyat yoldaşı ilə birlikdə gəlib. Saakaşvili yol boyu avtomobilini özü idarə edib.

Azərbaycana səfəri çərçivəsində Saakaşvili prezideni İlham Əliyevlə görüşəcək, həmçinin Naxçıvan Muxtar Respublikasına səfər edəcək.