Ata və oğlunu bıçaqlayan şəxs tutulub

9 Dekabr 2017 17:19 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Ramin Qənbərov olduğu müəyyənləşib. Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Poli Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.