Bakıda köməksiz qalan 4 nəfər xilas edilib

9 Dekabr 2017 18:35 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısının açılmasını təmin ediblər. Mənzildə halsız vəziyyətdə aşkarlanmış 1 nəfər və gərgin psixoloji vəziyyətdə olan 3 nəfər azyaşlı aidiyyəti üzrə təhvil verilib.