Nazirlik binanın uçması ilə bağlı açıqlama yaydı

9 Dekabr 2017 21:39 (UTC+04:00)

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb.​