Fransanı etiraz aksiyaları bürüdü - Qüdsə görə

9 Dekabr 2017 21:58 (UTC+04:00)

AzNews.az xəbər verir, bu barədə "France-Presse" agentliyi məlumat yayıb. ABŞ-ın İsrailin paytaxtı olaraq Qüdsü tanımasına etiraz olaraq Fransanın müxtəlif şəhərlərində aksiyalar keçirilib. Nümayişçilər həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun bu gün Parisə səfərinə və onun prezident Emmanuel Makronla danışıqlar aparmasına da etiraz ediblər.

Parisdəki Respublika Meydanında mitinq üçün 400-dən çox adam toplanıb. Bu mitinq "Avropa - Fələstin" və "Fransa - Fələstin - Həmrəylik" birliklərinin səyi ilə keçirilib. Mitinq iştirakçıları vurğulayıb ki, Donal Tramp ABŞ səfirliyini Qüdsə yerləşdirməklə beynəlxalq hüquq normalarını pozub.

"Qüds Fələstin dövlətinin paytaxtı olmalıdır!" ABŞ-ın qərarı təhqirdir! ", - deyə nümayişçilər səslənib.