İraqda hava hücumu - 1 ölü, 12 yaralı + Fotolar

9 Dekabr 2017 22:44 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticsəində 6 yaşlı 1 uşaq ölüb, 12 nəfər yaralanıb. Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb.

Ötən ay İraqın Tuzhurmatu rayonunda içərisində bomba quraşdırılmış avtomobil partlayıb. Partlayış nəticəsində 23 nəfər ölüb, yüzlərlə insan yaralanıb.