28 yaşlı qadın uşağa marixuana verdi - Sonra cinsi əlaqəyə girdi

9 Dekabr 2017 22:57 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amanda Leather adlı qadın əvvəlcə uşağa marixuana içirdib, daha sonra başdan çıxararaq onunla cinsi əlaqəyə girib. Sonra uşaq evə gələrək bütün bunları ana və atasına danışıb. Hadisədən şoka düşən valideynlər polisə müraciət edib.

Məhkəməyə çıxarılan Amanda uşaqla bərabər televizora baxan zaman ona marixuana içirdiyini və telefonuna əxlaqsız mesaj yazaraq başdan çıxardıqdan sonra onunla cinsi əlaqədə olduğunu etiraf edib. Qadınla uşaq arasında olan mesajlar məhkəmədə sübut olaraq istifadə edilib.

Məhkəmə uşaqla cinsi əlaqədə olduqdan sonra ona yazdığı mesajları yox etmək üçün telefonunu sındıran qadına 5 il həbs cəzası verib.