Gəncədə 3 otaqlı ev yandı

10 Dekabr 2017 12:52 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin hamamında tüstü bacasının ətrafı 3 m2 sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.