Minlərlə Saakaşvili tərəfdarları Kiyevdə aksiya keçirir - "İmpiçment üçün marş"

10 Dekabr 2017 15:54 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Taras Şevçenko parkına toplaşan etirazçılar "İnqilab", "Ukrayna hər şeydən yüksəkdir" şüarları səsləndiriblər.

Saakaşvilinin sədri olduğu Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi İvan Slobodyanik yürüşün Azadlıq (Maydan) meydanında başa çatacağını, meydanda aksiya keçiriləcəyini bildirib. Aksiyada M. Saakaşvilinin həyat yoldaşı da iştirak edəcək.

Qeyd edək ki, hazırda Saakaşvili həbsdədir.