Nobel sülh mükafatı nüvə silahını qadağan edən kampaniyaya verildi

10 Dekabr 2017 16:50 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim Norveçin paytaxtında şəhər ratuşasında keçirilib.

Mükafat ICAN təşkilatı adından icraçı direktor Beatris Fin,1945-ci ildə Xirosima partlayışından sonra sağ qalan Setsuko Terlou və kampaniyanın aktiv iştirakçısı təqdim edildi.

ICAN təşkilatı 2007-ci ildə qurulub və özündə dünyanın 100-dən çox ölkəsində 468 ictimai təşkilatı birləşdirir.