Banişevskisiz 20 il

10 Dekabr 2017 18:12 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Anatoli Banişevski 1964-1978-ci illərdə "Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub.

1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış Banişevski 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə "Neftçi”nin məşqçisi olmuş Anatoli Banişevski 1996-cı ildə "Şöhrət ordeni” ilə təltif edilib.

Allah rəhmət eləsin!