"Trampın Qüds qərarının reallaşmasının asan olmayacağını göstərəcəyik" - Ərdoğan

10 Dekabr 2017 19:24 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında belə bir bəyanatla çıxış edib. Trampın Qüds qərarının yox dərəcəsində olduğunu deyən Rəcəb Tayyib Ərdoğan "İsrail terror dövlətidir", - deyə əlavə edib.

"Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik", - deyə dövlət başçısı bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində də Qüds məsələsi müzakirə ediləcək.