Şimali Koreyaya qarşı dənizdə hərbi təlimlər başladı

11 Dekabr 2017 10:11 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, təlimlər iki gün davam edəcək.

Cənubi Koreya hərbi qüvvələrinin baş qərargahından verilən məlumata görə, hərbçilər manevrlər zamanı şimaldan gələn təhlükə ocaqlarına qarşı hərbi və texniki biliklərini nümayiş etdirəcəklər.

Hərbi təlimlərin əsas məqsədi Şimali Koreyanın gələcəkdə ballistik raket sınaqlarına qarşı informasiya mübadiləsi yolu ilə təcrübəni artırmaqdır.