Bakı metrosunda bədbəxt hadisə - Gənc oğlan relsin üzərinə düşdü

11 Dekabr 2017 10:25 (UTC+04:00)

“Bakı Metropoliteni” QSC-in mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib:

“Səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən Nuriyev Nicat İntiqam oğlunun ehtiyatsızlıqdan ayağı büdrəyib. O, relslərin üzərinə yıxılıb. Gərginliyi şəbəkədən ayırandan sonra Nicatı relslərin üzərindən çıxardılar”.

Nəsimi Paşayev hər bir sərnişinləri ehtiyatlı olmağa səsləyib.

Bahar RÜSTƏMLİ
AzNews.az