20 yaşlı oğlan dəm qazından zəhərləndi

11 Dekabr 2017 10:36 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Nabır kənd sakini, 1997-ci il təvəllüdlü Ağabəyli Atabəy Şahin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili yardımla Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az