Bakıda atəşfəşanlıq olacaq

11 Dekabr 2017 11:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.

O qeyd edib ki, bayram tədbiri dekabr ayının 31-də təşkil ediləcək:

“Hər il olduğu kimi, bu il də şəhər sakinlərini və ölkəmizdə qonaq olacaq insanları təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edirik”.