Yardımlı sakinini Bakıda maşın vurdu

11 Dekabr 2017 12:06 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 10-da saat 7:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.