Erməni zabitlərinin vəziyyəti ağırlaşdı

11 Dekabr 2017 12:30 (UTC+04:00)

Ermənistan mətbuatı Vanadzor-Dilican yolunda avtoqəza nəticəsində iki hərbçinin xəsarət aldığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, müalicədə olan hərbçinin birinin vəziyyəti kafi, digərinin isə ağır qiymətləndirilir.

Yaralananların ad və soyadları gizlədilsədə, onlardan birinin mayor rütbəsində alayın mühəndis xidməti rəisi, digərinin isə hərbi hissədə xidmət edən kapitan olduğu məlumdur.

Məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətnin rəisi Arçurun Hovanesyan da təsdiq edib.

AzNews.az