Şabranda əməliyyat - Şübhəli şəxs saxlanıldı

11 Dekabr 2017 13:37 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyən olunub. Keçirilmiş tədbirlərlə şəhər sakini Vilayət Məmmədov səhər saatlarında tutularaq polis şöbəsinə gətirilib.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı Şabran RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.