"Mercedes" hərbçiləri daşıyan maşınla toqquşdu - Yaralı var

11 Dekabr 2017 14:39 (UTC+04:00)

Trend-in məlumatına görə, radisə rayon ərazisində baş verib.

Rayonun girişində "Mercedes" markalı avtomobil hərbçiləri daşıyan maşınla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Rübabə Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az