Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinat

11 Dekabr 2017 15:33 (UTC+04:00)

“Report”un xəbərinə görə, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Vidadi Qurbanov vəzifəsindən azad olunub.

Onun yerinə polis polkovniki Sahib Babayev təyin edilib.

Bu təyinata qədər S.Babayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

AzNews.az