“Onlarda çox yüksək təəssürat yarandı” - XİN

11 Dekabr 2017 16:17 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, diplomatlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilini və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.