“Azərbaycanda rus dili və mədəniyyəti qorunub saxlanılır" - Spiker

11 Dekabr 2017 18:52 (UTC+04:00)

AzNews.az Etikxeber.az-a istinadən xəbər verir ki, O. Əsədov Azərbaycanla Rusiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. Milli Məclisin sədri əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının münasibətlərinin rolunu xüsusi vurğulayıb. Spiker qanunverici orqanların qarşılıqlı əlaqələrini yüksək qiymətləndirib, parlamentarilərin beynəlxalq qurumlardakı birgə fəaliyyətindən məmnunluğunu ifadə edib.

Oqtay Əsədov Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanılması, rusdilli təhsil müəssisələrinin və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb.

Leonid Kalaşnikov ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə uğurlarından geniş söz açıb.