Cocuq Mərcanlıda partlamamış hərbi sursat tapılıb - Foto

11 Dekabr 2017 19:11 (UTC+04:00)

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatlarında 24 gün ərzində 10 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 4 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 453 980 kv.m (45.40 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 871 446 kv.m (87.14 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.