Bakıda zirzəmidən yanmış kişi meyiti tapılıb

11 Dekabr 2017 22:54 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 30 m2 sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər kişi meyiti aşkar olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.